Paris-2024: Cəfərov yarımfinalda, Hüseynov uduzdu - YENİLƏNDİ
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Msport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.
Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cəfərov 1/8 finalda Mohamed Elsayedidən (Misir) üstün olmuşdu.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
——————————————–
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Msport.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.
Hüseynov rəqibinə məğlub olub – 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
————————————————
Paris-2024 Yay Olimpiya Oyunları davam edir.
Msport.az xəbər verir ki, bu gün yunan-Roma güləşində son iki çəkidə mübarizə başlayıb.
Azərbaycan yığmasının iki “klassik”i xalçaya çıxacaq. Həsrət Cəfərov və Rafiq Hüseynov medal qarşılaşmalarına vəsiqə üçün mübarizə aparır.
Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısının Mohamed Elsayedi (Misir) xalçaya çıxmağa peşman edib. Güləşçimiz tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib.
87 kq
Rafiq Hüseynov da yarışa 1/8 finaldan start verəcək. Tokio-2020-nin bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurub, Sənan Süleymanov (77 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.