Paris-2024: Cüdoçularımız günü medalsız başa vurdular
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarına start verilib.
Msport.az xəbər verir ki, ilk gündə iki çəki dərəcəsində mükafatçılar bəlli olacaq.
Kişilər 60 kq, qadınlar 48 kq çəkidə mübarizə aparır. Azərbaycan millisinin iki cüdoçusu da tatamiyə çıxıb. Onların hər ikisi məğlubiyyətə üzülüblər.
27 iyul
Cüdo
Kişilər
60 kq
İlk mərhələdən azad olan Balabəy Ağayev Olimpiadaya 1/8 finaldan start verib. O, Simon Zuluya (Zambiya) qalib gələn Von Jin Kimlə (Cənubi Koreya) güləşib. Rəqib mərhələni adladığından Ağayev yarışı erkən bitirib.
Qadınlar
48 kq
Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayıb. Xalimojon Kurbonova (Özbəkistan) ilə qarşılaşan cüdoçumuz məğlub olub və Olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, cüdo yığmamız Paris-2024-də 9 idmançı ilə təmsil olunur.