featured-image-51904

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Msport.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

————————————————

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Msport.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Martti Pumalainen (Finlandiya) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Minjonq Kim (Cənubi Koreya) ilə ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

—————————————————-

Bu gün Paris-2024-ün cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulacaq.

Msport.az xəbər verir ki, qarışıq komanda yarışı öncəsi son iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan yığmasının Fransa paytaxtındakı sonuncu cüdoçusu da tatamiyə çıxıb. Üçüncü Olimpiadasına yollanan Uşanqi Kokauri medallar uğrunda mübarizə aparır.

Kişilər
+100 kq

Uşanqi Kokauri Paris-2024-ə 1/16 finaldan start verib. O, ilk görüşündə Rafael Silvaya (Braziliya) ipponla qalib gəlib.

Qeyd edək ki, Olimpiadaya 9 cüdoçu ilə yollanan yığmamız yarışın ilk 6 günündə iki medal qazanıb. Hidayət Heydərov 73 kq, Zelim Kotsoyev 100 kq çəkidə bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olub.

Bənzər xəbərlər