featured-image-53638

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli (K44 kateqoriyası) Paris-2024 Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.

Msport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda filippinli Allan Keanu Qanapinlə qarşılaşıb.

Rəqibini 12:9 hesabı ilə məğlub edən parataekvondoçumuz 1/4 finala vəsiqə əldə edib.

Paraüzgüçü Könül Süleymanova isə 50 metr məsafəyə arxası üstə üzmə yarışında final mərhələsinə yüksələ bilməyib.

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində iki medal var. Parataekvonduçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) isə bürünc mükafat qazanıb.

Bənzər xəbərlər