featured-image-51796

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Msport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.

Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.

Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

——————————————-

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.

Msport.az xəbər verir ki, bu gün daha iki çəkidə mükafatçılar müəyyənləşəcək.

Azərbaycan kişilərin mübarizəsində təmsil olunacaq. Elcan Hacıyev 90 kq çəkidə qüvvəsini sınayacaq. Yarışa Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Kişilər
90 kq

Elcan Hacıyev Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa çempionumuzun ilk rəqibi Mihael Zqanq (Türkiyə) olub. Hacıyev çətin qələbə sayəsində mərhələ adlayıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə çempion tituluna yiyələnib.

Bənzər xəbərlər