featured-image-52247

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Msport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.

Nurmaqomedov rəqibinə məğlub olub – 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

—————————————

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Msport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda San Marino təmsilçisi Maylz Nazem Amin ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

————————————–

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

Msport.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsi start götürüb.

İlk gündə iki çəkidə qarşılaşmalar başlayıb. Azərbaycan millisi hər iki kateqoriyada təmsil olunur.

Sərbəst güləş
57 kq
1/8 final

Əliabbas Rzazadə yarışa 1/8 finaldan başlayıb. Avropa çempionatlarının qızıl və gümüş mükafatçısının startda Özbəkistan təmsilçisi Qulomjon Abdullayevlə güləşib. Görüş rəqibin 11:4 hesablı qələbəsi ilə yekunlaşıb.

86 kq
Osman Nurmaqomedov da ilk görüşünə 1/8 finalda çıxacaq. O, monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu iki çəkidə təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah təşkil olunacaq.

Bənzər xəbərlər