featured-image-52132

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Msport.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.

Rəqib sonuncu xal prinsipinə (4:4) əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

—————————————————-

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün güləş yarışlarında daha üç çəkidə mübarizəyə start verilib.

Qadın güləşində bir kateqoriyada ilk qarşılaşmalar keçirilir. Azərbaycanın bu növdəki yeganə təmsilçisi Mariya Stadnik özünün 5-ci Olimpiadasında Olimpi fəth etməyə çalışıb.

Qadın güləşi
50 kq

Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Anastasiya Blavyas (Almaniya) olub. Millimizin lideri görüşü inamlı qələbə ilə bitirib. Stadnik alman güləşçini 6:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Mariya London-2012 və Rio-2016-da gümüş, Pekin-2008 və Tokio-2020-də bürünc qazanıb.

Bənzər xəbərlər