featured-image-52130

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

Msport.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.

İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

———————————————-

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Msport.az xəbər verir ki, bu gün yunan-Roma güləşində daha iki çəkidə mübarizəyə start verilib.

Azərbaycan millisinin bir güləşçisi xalçaya çıxıb. Sənan Süleymanov Fransa paytaxtında mübarizəyə başlayıb.

Yunan-Roma güləşi
77 kq

Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov yarışa 1/8 finaldan başlayıb. Aik Mnatsakanyanla (Bolqarıstan) güləşən idmançımız görüşün gedişində zədələnməsinə baxmayaraq, xalçaya qayıdaraq inamlı qələbə qazanıb – 2:0.

Qeyd edək ki, Sənan Avropa çempionatlarında qızıl və ikiqat bürünc mükafatçısıdır.

Bənzər xəbərlər