featured-image-35480

“Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Serbiyada “Partizan”a qarşı keçirəcəyi cavab matçının anonsunu verib.

Msport.az xəbər verir ki, Masazır təmsilçisi bunu “Uzaq Sahillərdə” filmindən məşhur bəstəkar Qara Qarayevə məxsus musiqi ilə təqdim edib.

“Sabah” bununla rəqibə cavab görüşünə hazır olduqlarını göstərməyə çalışıb.

Qeyd edək ki, avqustun 17-də Belqradda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Matçı İctimai TV canlı təqdim edəcək. Komandalar arasında keçirilmiş ilk qarşılaşmada təmsilçisimiz inamlı qələbə qazanıb – 2:0.

Royal Türksoy

Bənzər xəbərlər