featured-image-76021

“Barselona” “Çelsi”nin cinah hücumçusu Pedru Netunu hücum xəttinin gücləndirilməsi variantı kimi nəzərdən keçirir.

Msport.az xəbər verir ki, “Blaugrana”nın idman şöbəsi mərkəz hücumçusu, mərkəz müdafiəçisi və cinah oyunçusu almağı planlaşdırır.

Netu müdafiəni pozmaq bacarığı, sürəti, qol məqamı yaratmaq və qol vurmaq qabiliyyəti, eləcə də hər iki cinahda oynaya bildiyi üçün çoxyönlü olmasına görə qiymətləndirilir.

Qeyd edək ki, Netu bu mövsüm bütün yarışlarda 42 oyunda meydana çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər