PFL “Ayın qolu” layihəsinin şərtlərini dəyişdi
Peşəkar Futbol Liqasının (PFL) Misli Premyer Liqası, I Liqa və II Liqa yarışlarında həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtləri dəyişdirilib.
Msport.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Qaliblər artıq qurumun feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdir:
1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti
2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi
3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru
4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru
5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru
6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü
7. Nazim Əliyev – futbol mütəxəssisi
8. Nazim Süleymanov – futbol mütəxəssisi
9. Arif Əsədov – futbol mütəxəssisi
10. Aslan Kərimov – futbol mütəxəssisi
11. Mahmud Qurbanov – futbol mütəxəssisi
Qeyd edək ki, səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.