PFL-dən İmişli stadionuna “yaşıl işıq”
Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.
Msport.az FL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra arena I Divizion matçlarını qəbul etmək üçün məqbul hesab olunub.
“İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu aprelin 12-də “Qarabağ-2”-yə qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl əyalət klubu ev matçlarını Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirirdi.