PFL ən yaxşı qolun müəllifini mükafatlandırdı
Azərbaycan I Liqasında “Ayın qolu” layihəsi çərçivəsində aprelin ən yaxşı qolunun müəllifi olan MOİK-in futbolçusu İbrahim Əliyev mükafatlandırılıb.
Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Mükafatı futbolçuya XXVI turun MOİK – “Mingəçevir” matçından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.