PFL-in saytına haker hücumu
Peşəkar Futbol Liqasının (PFL) saytına haker hücumu olub.
Msport.az-ın məlumatına görə, hadisə təqribən 12:30 radələrində baş verib.
Sayta müdaxilə edən “Xin1337” adlı internet istifadəçisi türk dilində “Kötü amacımız yok” (Pis niyyətimiz yoxdur) yazıb.
Məlumatı PFL-dən də təsdiqləyiblər. Qurumdan bildirilib ki, problem artıq yoluna qoyulub.