Premyer Liqa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı
İngiltərənin “Hall Siti” klubu baş məşqçisi Sergey Yakiroviçlə yeni müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, 49 yaşlı bosniyalı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin iyununun sonuna qədər nəzərdə tutulub.
Müqavilədə daha bir mövsüm uzadılma bəndi də yer alıb. Yakiroviç 2025/26 mövsümünün əvvəlində “Hall Siti”nin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda Çempionşipdə 6-cı yeri tutub və pley-off mərhələsində qalib gələrək Premyer Liqaya yüksəlib.
Qeyd edək ki, “Hall Siti” türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur.







