Premyer Liqa nəhənglərinin Kamara “savaşı”
“Çelsi” və “Liverpul” “Monako”nun 22 yaşlı yarımmüdafiəçisi Lamin Kamaranı izləyir.
Msport.az xəbər verir ki, “Monako”lular oyunçunu satmağı düşünməyə hazırdırlar, lakin onu minimum 65-75 milyon avro dəyərində qiymətləndirirlər.
Kamaranın müqaviləsində sərbəst buraxılma bəndi yoxdur. Lakin “Monako” onu dərhal satmaq istəmir. Çünki onun dəyərinin daha da arta biləcəyinə inanırlar. Daha əvvəl “Mançester Yunayted”in seneqallı yarımmüdafiəçi ilə maraqlandığı bildirilmişdi.
Bu mövsüm o, bütün yarışlarda 25 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.







