Premyer Liqa oyunları təxirə salındı
İngiltərə Premyer Liqasının 7-ci turunun oyunları təxirə salınıb.
Msport.az xəbər verir ki, bu, Böyük Britaniyanın kraliçası II Yelizavetanın ölümü ilə bağlıdır.
Məlumatda deyilir ki, “kraliça II Elizaveta həzrətlərinin ruhuna hörmət əlamət olaraq növbəti turun oyunları təxirə salınır.”
II Yelizaveta 1952-ci ildə atası VI Gerqun ölümündən sonra taxta yiyələnib. O, 70 ildən çox hakimiyyətdə olub.
II Yelizaveta 97 yaşında vəfat edib.