featured-image-82196

Azərbaycan Premyer Liqasının IV turunda “Qəbələ” “İmişli”yə qalib gəlib.

Msport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Hesabı 15-ci dəqiqədə “qırmızı-qaralar”dan Kouya Mabea açıb. 45+2-ci dəqiqədə qonaq komanda hesaba tarazlıq gətirib. Dioqo Almeyda adını tabloya yazdırıb.

“Qəbələ”yə 3 xalı qazandıran qola isə 66-cı dəqiqədə Karim Rossi imza atıb. “İmişli”nin heyətində Dioqo Almeyda 25-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Cari mövsümdə ilk qələbəsini qazanan “Qəbələ” xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Eyni xala malik “İmişli” isə 7-cidir.

Bənzər xəbərlər