featured-image-77389

Azərbaycan Premyer Liqasında XXIX tura bu gün yekun vurulacaq.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.

İlk olaraq “Turan Tovuz” “Zirə”ni qəbul edib.

Tur “Sabah” – “Karvan-Yevlax” qarşılaşması ilə başa çatacaq. Görüş “Bank Respublika Arena”da, saat 20:00-da başlayacaq. “Bayquşlar” 69 xalla çempionatın lideridir. Yevlax klubu 14 xalla sonuncu – 12-ci sıradadır.

Azərbaycan Premyer Liqası, 29-cu tur

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” – “Zirə” – 1:1 

Qol: Rəhim Sadıxov, 22 (0:1), Davit Volkov, 63 (1:1)
Tovuz şəhər stadionu

20:00. “Sabah” – “Karvan-Yevlax” – 2:0

Qırmızı vərəqə: Tompson Qavi, 36 (“Karvan-Yevlax”), Aleksey İsayev, 64 (“Sabah”)

Qol: Patrik Mbina, 49, Aron Maluda, 55

25 aprel (şənbə)

“Qəbələ” – “Araz-Naxçıvan” – 1:1

“İmişli” – “Sumqayıt” – 0:2

26 aprel (bazar)

“Neftçi” – “Qarabağ” – 1:5

“Şamaxı” – “Kəpəz” – 2:0

Bənzər xəbərlər