Premyer Liqamızda mövsümün püşkü atıldı
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkü atılıb.
Msport.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında təşkil olunun.
Mərasimə PFL-in media və marketinq direktoru Sənan Abdullayev, PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev qatılıblar.
Püşkatmada 33-cü dəfə keçiriləcək və 10 komandanın -“Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı”nın iştirak edəcəyi yarışın ilk turunda aşağıdakı cütlər qarşılaşacaq.
“Araz-Naxçıvan” – “Qarabağ”
“Şamaxı” – “Sabah”
“Zirə” – “Səbail”
‘Neftçi” – “Turan -Tovuz”
“Sumqayıt” – “Kəpəz”
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 2-də start veriləcək.