featured-image-15098

Hər komandanın heyətində bir lider, futbolçuları arxasınca aparan oyunçu olur. Türkiyə I Liqa klublarında kapitan yeməkxanaya girib “bəylər, afiyət olsun” deməmiş digərləri əlini çörəyə uzatmaz.

Uzun  illər Rəşad Sadıqov həm milli komandamızda, həm də “Qarabağ”da bu cür söz sahibi olan futbolçulardan idi. O, komanda daxilində, paltardəyişmə otağında Qurban Qurbanovun sağ əli sayılırdı. Bəs Azərbaycan Premyer Liqasının bu cür “ağsaqqalları” kimlərdir?

Msport.az çempionatımızın veteran-liderlərini sizə təqdim edir.

Maksim Medvedev (“Qarabağ”) – 33 yaş

media-maks

Karyerasında “Qarabağ”dan başqa heç bir klub olmayan Maksim komandada böyük nüfuza sahibdir. Rəşad Sadıqovun gedişindən sonra kapitan sarğısı məhz ona tapşırıldı. Bir neçə ildən sonra onu baş məşqçi postunda görsəniz, təəccüblənməyin. Millimizin Belarusu Bakıda məğlub etdiyi görüşdə də Maksimin texniki zonada səsi Canni de Byazidən daha çox gəlirdi.

Riçard Almeyda (“Qarabağ”) – 33 yaş

media-almeeed

Adətən liderlər daha çox yerli futbolçulardan olur. Lakin Almeyda artıq 10 ildir ki, Azərbaycandadır, bizim dildə də çox gözəl başa düşür. O, millidə De Byazinin də sevimli futbolçularından sayılır. Mövsümün əvvəlində braziliyalı yarımmüdafiəçinin “Qarabağ”ı tərk etmək məsələsi gündəmdə idi. Lakin Riçi daha az maaşa Ağdam klubunda qalmağa üstünlük verdi. Çoxları onu hesabdan silsə də, Almeyda bu mövsüm 33 yaşında orta sahənin əvəzolunmaz simalarından birinə çevrildi.

Voislav Stankoviç (“Neftçi”)  – 35 yaş

media-5021152

Serbiyalı futbolçu həmişə liderlik xüsusiyyətlərinə sahib olub. Təsadüfi deyil ki, “Partizan” kimi klubda kapitan sarğısı məhz ona həvalə olunmuşdu. Stankoviç də artıq 7 ildir ki, ölakəmizdə çıxış edir. Əvvəlcə “İnter”ə gələn mərkəz müdafiəçisi daha sonra “Qəbələ”, indi isə “Neftçi”də forma geyinir. “Ağ-qaralar”ın oyunlarında mübahisə yaranan anda Stankoviçi həmin yerdə görmək olar. “Neftçi”nin kapitanı, azarkeşşlərin sevimlisi Emin Mahmudov olsa da, Stanko komandanın ən yaşlı oyunçularından biri kimi böyük avtoritet sahibidir.

Aqil Məmmədov (“Neftçi”) – 33 yaş

media-311700770_557375333055618_6756632795427217458_n

Aqil bəzən rəqabətdə Brkiçə uduzsa da, onu “Neftçi”də sözü keçən oyunçulardan biri adlandırmaq olar. Xüsusən də paltardəyişmə otağında yaranan mübahisələrin, narazılığın yatırılmasında qapıçı böyük rola malikdir.  Məmmədov əvəllər çıxış etdiyi AZAL-da əsas liderlərdən biri sayılırdı və komandanı öz arxasınca apara bilirdi.

Anar Nəzirov (“Zirə”) – 37 yaş

media-311588328_2641547839314954_5657127931740806848_n

Anar bu yaşda Mehdi Cənnətovla rəqabətdən qalib ayrılıb “Zirə”nin əsas qapıçısına çevirilə bildi. Halbuki o, qəsəbə klubuna daha çox 2-ci qolkiper kimi dəvət olunmuşdu. İndi isə Rəşad Sadıqov çərçivəni məhz ona etibar edir. Nəzirov xaraktercə sakit insan olsa da, yaşına, soyuqqanlılığına görə komandada ən nüfuzlu futbolçulardan hesab olunur.

Asif Məmmədov (“Qəbələ”) – 36 yaş

media-160566_2j4jzwm4q2

7 ildir “Qəbələ”də oynayan yarımmüdafiəçi demək olar ki, ikinci gəncliyini yaşayır. Asif artıq ikinci mövsümdür ki, komandasının ən yaxşılarından biri sayılır. Onun zərgər dəqiqliyi ilə verdiyi ötürmələr bir çox vacib matçlarda “Qəbələ”yə qələbə qazandırıb. Məmmədov kollektiv içində böyük nüfuza sahibdir, bəzən futbolçularla baş məşqçi və rəhbərlik arasındakı anlaşılmazlıqlar onun vasitəçiliyi ilə həll olunur. Əslən Ağdamdam olan futbolçu ictimai fəaliyyəti ilə də seçilir. Müharibə dövründə o, dəfələrlə cəbhə bölgəsinə gedərək əsgərlərə yardım aparıb hətta postlarda gecələdiyi günlər də olub.

Vurğun Hüseynov (“Sumqayıt”) – 34 yaş

media-vuu

Vurğun Hüseynov Samir Abasovun gəlişindən sonra yenidən “Sumqayıt”ın əsas heyət üzvünə çevrildi. Əslən Tovuzdan olan futbolçuya mövsümün əvvəlində “Turan”dan təklif gəlsə də, 9 il çıxış etdiyi və onun üçün doğmalaşan Sumqayıtda qalmağa üstünlük verdi. Vurğunu “Sumqayıt”ın qeydsiz-şərtsiz lideri adlandırmaq olar. Komandada olan əksər yerli futbolçular gəncdirlər, legionerlər isə hələ bu mövsüm komandaya qoşulublar və heç liqanı düz-əməlli tanımırlar.

Elvin Məmmədov (“Şamaxı”) – 34 yaş

media-306272145_484078643731879_20117505277731470_n

“Şamaxı” bu mövsüm Premyer Liqada yalnız yerli futbolçularla çıxış edir. Onların da əksəriyyəti yüksək liqada ilk mövsümdür ki, forma geyinirlər. Belə kollektivə mütləq bir lider lazım idi ki, Cavid Hüseynov da məhz buna görə Elvini yanına çağırdı. Halbuki Məmmədov da mövsümün əvvəlində “Turan Tovuz”dan təklif almışdı.  Lakin o, keçmiş komanda yoldaşı Hüseynovla işləməyə üstünlük verdi. “Şamaxı”da kapitan sarğısını daşıyan Elvin həm meydanda, həm də kənarda gənclərə çox şey öyrətməlidir.

Rahid Əmirquliyev (“Səbail”) – 33 yaş

media-1566994420_7603186

“Səbail” mövsümün əvvəlində əksər futbolçuları ilə vidalaşsa da, Rahidi saxlamağı məqsədə uğyun saydı. Düzdür, son iki oyunda Mahmud Qurbanov yarımmüdafiəəçini ehtiyatda saxlayır. Bəlkə də dınizçilər”in istənilən kimi çıxış etməməsinin səbəblərindən biri də budur. Ümumiyyətlə, hiss olunur ki, baş məşqçi hələ də futbolçularla arzuolunan kommunikasiyanı yarada bilməyib. Bir çoxları onun heyət seçimindən narazıdırlar.

Tural Axundov (“Kəpəz”) – 34 yaş

media-311207585_615825886756811_2427189717223090172_n

Tural Axundovun əvvəlki kimi gücü, cəldliyi qalmadığından daha çox matçın sonlarında meydana daxil olur. Lakin “Neftçi” ilə son qarşılaşmada Tərlan Əhmədov yarımmüdafiəçini keçmiş komandasına qarşı 90 dəqiqə oynatdı. Axundov Şahin Diniyevin dövründə avrokuboklara vəsiqə qazanan “Kəpəz”in önəmli oyunçularından idi. Rauf Əliyev, daha sonra Əli Səmədovun əvəzedici heyətə göndərilməsi göstərir ki, Gəncə klubunun daxilində nələrsə baş verir. Belə məqamlarda Tural kimi liderlər ortaya çıxıb məsələlərin həllində yardım etməlidirlər.

Əfran İsmayılov (“Kəpəz”) – 34 yaş

media-ef

Əfran şübhəsiz ki, hazırkı “Kəpəz”in ən populyar futbolçusudur. O, da karyerasının son illərini keçirir və əvvəlki kimi oynaya bilmir. Son günlərdə isə millimizin sabiq üzvü zədədən əziyyət çəkir. Vaxtilə yığmamızın baş məşqçisi Robert Proseneçki deyirdi ki, “Əfranın 5-10 dəqiqə meydanda olması da bəzən kifayət edir ki, nəsə fərqli bir gediş etsin”. Bəlkə də bu ümidlərlə onu Gəncə klubuna dəvət ediblər. Lakin hələ ki İsmayılov pndan gözləniləni verə bilmir.

Kamal Bayramov (“Turan Tovuz”) – 37 yaş

media-291035834_5264227867003747_1934120580937329540_n

Kamal “Turan Tovuz”un əsas qapıçısı olmasa da, klubda böyük nüfuza sahibdir.  O, vaxtilə “Keşlə”də Stanislav Namaşkonun əvəzləyicisi olarkən də onunla bəzi məsələlərdə hesablaşırdılar. Əslən Tovuzdan olan Bayramov “Turan”a ilk gedən futbolçulardan oldu. O, həm texniki zonada, həm də paltardəyişmə otağında vacib simalardandır.

Bənzər xəbərlər