PSJ-də 5 yeni müqavilə
PSJ eyni vaxtda 5 futbolçusu ilə müqaviləni yeniləyib.
Msport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paris klubunun yeni sözləşmələr imzaladığı futbolçular Fabian Ruis, Lukas Beraldo, Sennı Mayulu, Joao Neves və Vilyan Paşodur.
Ən qısa müddətli müqavilə Fabian Ruizlə bağlanıb. İspaniyalı yarımmüdafiəçi 2028-ci ilə qədər PSJ-də çıxış edəcək.
Beraldo, Mayulu, Neves və Paşonun yeni sözləşmələri isə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, PSJ daha əvvəl baş məşqçi Luis Enrike ilə də müqaviləni yeniləyib. İspaniyalı mütəxəssisin yeni müqaviləsi 2030-cu ilə qədərdir.







