PSJ Luis Enrike ilə razılaşdı
PSJ baş məşqçi Luis Enrike ilə yeni müqavilə imzalamağa yaxındır.
Msport.az xəbər verir ki, 56 yaşlı ispaniyalı ilə yeni müqavilə 4 illik olacaq.
Tərəflər artıq bütün detallarda razılığa gəliblər. Klub hazırda Liqa 1-i və Çempionlar Liqasını qazanmağa diqqət yetirir. Ona görə də PSJ hələlik anlaşma haqda rəsmi açıqlama yaymır.
PSJ rəhbərliyinin müqaviləni yalnız mövsümün sonunda, bütün yarışlar başa çatdıqdan sonra açıqlayacağı yazılıb.
Enrikenin paytaxt təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. İspaniyalı mütəxəssis 2023-cü ildən PSJ-nin baş məşqçisidir.







