featured-image-82714

PSJ “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhenlə yenidən maraqlanmağa başlayıb.

Msport.az xəbər verir ki, Paris klubu ötən yay transferi həyata keçirə bilməməsinə baxmayaraq, 27 yaşlı mərkəz hücumçusundan imtina etməyib.

Fransa klubunun Osimhenlə bağlı atacağı hər hansı addım heyətdəki mövcud hücumçuların gələcək taleyindən asılı ola bilər. Hücum xəttində ayrılıq baş verəcəyi təqdirdə, PSJ nigeriyalı futbolçunu heyətinə qatmaq üçün yenidən cəhd göstərəcək.

Eyni zamanda, “Qalatasaray”ın öz ulduz hücumçusunu buraxmaqda maraqlı olmadığı və bu mərhələdə transferlə bağlı heç bir konkret irəliləyişin qeydə alınmadığı bildirilir.

Bənzər xəbərlər