featured-image-26377

“Qalatasaray” Türk dilli respublikalarla bağlı Türkiyə Futbol Füederasiyasına müraciət hazırlayacaq.

Msport.az “Habertürk”ə istinadən xəbər verir ki, İstanbul klubu türk dilli respublikaların vətəndaşlığına malik olan futbolçuların Super Liqada legioner deyil, yerli oyunçu statusunda oynamasını istəyir. Bir müddətdir bu istiqamətdə iş aparan “Qalatasaray” nümayəndələri federasiyaya Braziliya və Portuqaliya arasındakı münasibəti nümunə göstərəcək.

Portuqaliya və Braziliya arasındakı müqaviləyə görə, hər iki ölkənin vətəndaşlarına viza almadan, hər hansı icazəyə gərək duymadan işləmələrinə imkan verilir. Bu müqavilədən yüzlərlə futbolçu da faydalanır. Braziliyalı futbolçular həm dil, həm də digər yaxınlıqlarına görə, Portuqaliyada legioner sayılmırlar. Braziliyadan ən çox futbolçu məhz Portuqaliyaya gedir.

AYXAN 

Bənzər xəbərlər