"Qalatasaray"ın prezidenti Azərbaycana salam göndərdi
“Qalatasaray”ın prezidenti Dursun Özbek Bakı Olimpiya Stadionunda “Qarabağ”la keçirdikləri xeyriyyə oyunu barədə danışıb.
Msport.az xəbər verir ki, klub rəhbəri Azərbaycanda çox yaxşı qarşılandıqlarını bildirib:
“Ötən həftə sonu Bakıda dostluq oyunu keçirdik. Bununla Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik. Buradan azərbaycanlı qardaşlarıma, Prezident İlham Əliyevə və “Qarabağ”ın prezidenti Tahir Gözələ salamlarımı göndərirəm. Bizi çox yaxşı qarşıladılar”.
Qeyd edək ki, görüş “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Cahid







