featured-image-76342

DÇ-2026-nın seçmə mərhələsinin pley-off-un yarımfinal oyununda bu gün İtaliya Şimali İrlandiyanı qəbul edəcək.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Maykl O`Nil matçdan əvvəl iddialı danışıb:

“Bir oyundur, biz növbəti mərhələyə keçə blərik, mənim futbolçularıma başqa heç nə bilmək lazım deyil. Biz qorxmuruq və bu imkandan istifadə edə bilərik. Qalib gəlmək üçün hər şeyimiz var.

Düşünmürəm ki, rəqibdə elə oyunçu olsun ki, bizi qorxutsun. Biz İtaliyanı yaxşı tanıyırıq və onların yarımmüdafiə xəttinin gücünü bilirik. Amma bu komandanın Del Pyerosu və ya Tottisi yoxdur. Onların gücü ayrı-ayrı futbolçularda yox, kollektivdədir. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Onların yüksək səviyyəli klublarda çıxış edən oyunçuları var.

Biz artıq yüksək səviyyəli komandaları məğlub etmişik. Topa 30 faiz nəzarət edə-edə qalib gəlmişik”.

 

Bənzər xəbərlər