featured-image-22109

“Azərbaycanlılar, bir qayda olaraq, erməniləri və Ermənistanda oynamış futbolçuları öz komandalarına götürmürlər”.

Msport.az saytının məlumatına görə, bunu rusiyalı futbol agenti Dmitri Selyuk “Match TV”yə müsahibəsində deyib.

Tanınmış menecer bildirib ki, hər şeydə siyasi çalarlar görməyə ehtiyac yoxdur: “Futbolda oyunçunun milliyətinə baxmırlar. Məsələn, “Krasnodar”ın prezidenti Sergey Qalitski də ermənidir. Amma o, “Qarabağ”dan Kadi Borgesi götürüb. Belə çıxır ki, o, satqındır? İstəsəniz, hər şeyi şişirdə bilərsiniz”.

Qeyd edək ki, Kadi Borges “Krasnodar”la 2026-cı ilin yayınadək müqavilə imzalayıb.

СAHİD 

Bənzər xəbərlər