featured-image-13360

Millimizin baş məşqçisi Canni de Byazi “Qarabağ”ın futbolçusu Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib.

Msport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis bu barədə Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında açıqlama verib.

İtaliyalı məşqçi 30 yaşlı yarımmüdafiəçinin məsələdən xəbərdar olduğunu söyləyib: “Qara Qarayev buraya gəlməməsinin səbəbini yaxşı bilir”.

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.

Bənzər xəbərlər