featured-image-50630

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununa çıxıb.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Kayzerslautern” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:1. 70-ci dəqiqədə Elvin Cəfərquliyev rəqib qapısına yol tapıb.

44-cü dəqiqədə “Qarabağ”ın futbolçusu Aleksey İsayev penaltini dəqiq yerinə yetirə bilməyib.

“Köhlən atlar” günün ikinci görüşündə Çexiyanın “Viktoriya” (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

“Qarabağ”ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

Bənzər xəbərlər