"Qarabağ" Almaniya və Çexiya klubları ilə üz-üzə
“Qarabağ” yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.
Msport.az xəbər verir ki, komanda Tirolda 4 yoldaşlıq oyunu nəzərdə tutulub.
Ağdam təmsilçisi iyulun 9-da saat 14:30-da “Kaiserslautern” (Almaniya), həmin gün saat 20:00-da isə “Viktoria Plzen” (Çexiya) klubları ilə üz-üzə gələcək.
Növbəti yoldaşlıq oyunlarımızdakı rəqiblər və həmçinin matçların vaxtı hələlik bəlli deyil.