featured-image-50590

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyunlarına çıxacaq.

Msport.az-ın məlumatına görə, Azərbaycan çempionu iki qarşılaşma keçirəcək.

Ağdam təmsilçisi ilk olaraq Almaniyanın “Kayzerslautern” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

“Köhlən atlar” ikinci görüşündə Çexiyanın “Viktoriya” (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.

“Qarabağ”ın Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

Bənzər xəbərlər