featured-image-50308

“Qarabağ” klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, U-16 Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanıb.

Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-si aralığında dairəvi sistemlə keçiriləcək. İlk matçına ayın 4-də çıxacaq komanda Latviyanın “Auda” klubu ilə üz-üzə gələcək. Bir gün sonra rəqiblər İsveçin “Hesselbi” və Estoniyanın “NF Academy” komandalar olacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”isi ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

Qeyd edək ki, bu, “Qarabağ” akademiyasının komandalarının mövsüm ərzində 9-cu səfəridir.

Bənzər xəbərlər