featured-image-35336
Azərbaycan Premyer Liqasının II turunda keçiriləcək “Qarabağ” – “Turan Tovuz” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.
Msport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər bu gün və sabah iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.

Bənzər xəbərlər