"Qarabağ"da olanda dəvət almadı, "Seltik"ə getdi, arzusuna çatdı
Bu yay “Qarabağ”dan “Seltik”ə transfer olunan Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə çağırılıb.
Msport.az xəbər verir ki, bu haqda Şotlandiya klubunun baş məşqçisi Martin O’Nil mətbuat konfransında məlumat verib:
“Duran vizaya görə Londona getməli idi. Kolumbiya millisinə dəvət alıb və bunu yalnız bu səhər həll edə bilərdi. Bu səbəbdən də son məşqdə işirak etməyib”.
Qeyd edək ki, Duran “Srltik”də ilk 10 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə verib.







