featured-image-49308

“Qarabağ” komandası yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Klubdan Msport.az saytına verilən məlumata görə, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.

Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiperlə 3 illik müqavilə imzalanıb. O, 2027-ci ilin yayına qədər Ağdam təmsilçisində çıxış edəcək.

F.Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, Fabiyan Buntiç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

Bənzər xəbərlər