featured-image-49377

“Qarabağ” həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm”.

Msport.az xəbər verir ki, bunu “RB Sport”a açıqlamasında yarımmüdafiəçinin agenti Helsio Alisk deyib.

O, hazırda oyunçunun çıxış etdiyi Rusiyanın “Krasnodar” klubunun qərarını gözlədiklərini bildirib.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər