featured-image-50020

Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçuus Mahir Emreli “Qarabağ”a keçə bilər.

Msport.az “Germanijak” nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün Zaqreb təmsilçisinə təklif göndərib.

“Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. “Qarabağ”ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik”, – deyə nəşr yazıb.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bənzər xəbərlər