featured-image-22105

“Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Kəpəz”lə qarşılaşacaq.

Msport.az xəbər verir ki, Ağdam klubu bu gün Gəncəyə təyyarə ilə yollanıb. “Qarabağ”ı aparan təyyarə bir neçə dəqiqə əvvəl havaya qalxıb. Bu o deməkdir ki, Qurban Qurbanovun komandası oyundan bir gün əvvəl Gəncə şəhər staionunda məşq etməyəcək.

Xatırladaq ki, “Kəpəz” – “Qarabağ” matçı sabah saat 14:00-da start götürəcək.

Bənzər xəbərlər