featured-image-22931

Bakıda “Qarabağ” və “Gent” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı Tofiq Bəhramov adına Respublika stadionunun giriş qapılarında turniket sistemi quraşdırılıb.

Msport.az-ın məlumatına görə, azarkeşlər biletlərini rahatlıqla sistemdə oxutdurub stadiona daxil ola biləcəklər.

Əlavə olaraq, arenadakı səsgücləndirici və monitor da dəyişdirilib.

Qeyd edək ki, fevralın 16-da keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Bənzər xəbərlər