featured-image-23472

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı bəlli olub.

Msport.az xəbər verir ki, 8 matçda ümumilikdə 91 786 tamaşaçı iştirak edib.

Bakıda “Qarabağ” və Belçika “Gent”i arasında keçirilmiş qarşılaşma bu göstəricidə 2-ci olub. Görüşü25 452 tərəfdar izləyib.

Ən çox fanat isə Türkiyədə “Trabzonspor”la İsveçrə “Bazel”inin oyununda qeydə alınıb. Bu matçda 26 184 azarkeş olub.

Qeyd edək ki, “Qarabağ”la Bakıdakı oyunda “Gent”i 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması fevralın 23-də Belçikada baş tutacaq.

media-177f01e6-626c-4db6-bd2f-2cf317485847

Bənzər xəbərlər