"Qarabağ" Hamidu Keyta ilə anlaşdı
“Zirə”nin ən yaxşı futbolçusu Hamidu Keyta mövsümün sonunda komandasını tərk edəcək. Msport.az xəbər verir ki, fransalı vinger “Qarabağ”la anlaşıb.
28 yaşlı futbolçunun qəsəbə klubu ilə müqaviləsi iyuna kimi idi. Çempionat yekunlaşdıqdan sonra “Qarabağ” rəsmən Keytanın transferini açıqlayacaq. Onunla 2 illik müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm Azərbaycan Premyer Liqasında 32 oyunda 8 qol vurub.
AYXAN







