featured-image-24040

Musa Qurbanlı Azərbaycan çempionatında 50-ci oyununu keçirib.

Msport.az xəbər verir ki, “Qarabağ”ın hücumçusunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.

21 yaşlı futbolçu üçün “Neftçi” ilə ev matçı (1:1) əlamətdar olub.

Musa Premyer Liqadakı 50 oyunda 26 qol vurub. Onun orta məhsuldarlığı 0,52-yə bərabərdir. O, ölkə çempionatında iki komandanın şərəfini qoruyub. “Qarabağ”da 41 görüşdə 25 dəfə fərqlənən forvard “Zirə”dəki 9 qarşılaşmada 1 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, Musanın Premyer Liqada debütü 2020-ci il sentyabrın 25-də gerçəkləşib. O, “Qarabağ” forması ilə “Sumqayıt”la səfər görüşündə (2:2) şans qazanıb.

Bənzər xəbərlər