featured-image-31229

“Qarabağ”ın maraq dairəsində olan “Famalikao”nun futbolçusu Conder Kadis diqqətçəkən paylaşım edib.

Msport.az-ın məlumatına görə, venesuelalı hücumçu instaqram səhifəsində Ağdam klubunun fanatlarından birinin onunla bağlı hazırladığı videonu izləyiciləri ilə bölüşüb.

Fanat “O gəlir” adını verdiyi videoda 28 yaşlı forvardın vurduğu qolun görüntülərini paylaşıb. Kadis isə həmin videonu “Hekayə” (story) bölümünə əlavə edərək, sanki “Qarabağ” tərəfdarların “Gəlirəm” mesajı verib.

Qeyd edək ki, Conder Kadis daha əvvəl ölkəsinin “Petare”, “Karakas”, “Monaqas”, Portuqaliyanın “Unian Madeyra”, “Nasyonal”, “Moreyrense”, “Setubal” və “Benfika”, həmçinin, Fransanın “Dijon” və ABŞ-ın “Neşvill” klublarında çıxış edib.

Bənzər xəbərlər