“Qarabağ”ın legioneri “Beşiktaş”a keçir?
Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın futbolçusu Leandro Andradeni heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, bu barədə Portuqaliyanın nüfuzlu “A Bola” nəşri məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçinin transferi üçün Ağdam təmsilçisi ilə İstanbul klubunun danışıqları davam edir.
Qeyd edək ki, Kape Verdedən olan oyunçunun “köhlən atlar”la müqaviləsi 2027-ci ilədək nəzərdə tutulub. Andradenin sözləşməsində 4 milyon avro qarşılığında sərbəst qalma bəndi də var.
O, ötən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.