featured-image-23230

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Msport.az xəbər verir ki, bu ada Kiprin AEK (Larnaka) klubundan Anxel Qarsiya layiq görülüb.

30 yaşlı müdafiəçi səsvermədə “Qarabağ”dan Marko Yankoviç, İtaliya “Fiorentina”sından Luka Yoviç və Türkiyə “Trabzonspor”undan Trezegeni geridə qoyub.

Qeyd edək ki, Anxel Qarsiya evdə Ukraynanın “Dnepr-1” komandasını 1:0 hesabı ilə məğlub etdikləri matçda yeganə qolun müəllifi olub.

Bənzər xəbərlər