featured-image-82633

“Qarabağ”ın futbolçusu Bense Varkonyi ilk dəfə Macarıstanın millisinə çağırılıb.

Msport.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyası məlumat yayıb.

Yığmanın baş məşqçisi Marko Rossi 24 yaşlı mərkəz müdafiəçisini UEFA Millətlər Liqasının dörd qarşılaşması üçün açıqlanan heyətə daxil edib. Varkonyidən başqa heyətdə daha dörd yeni futbolçu var.

Macarıstan yığması UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukraynanı qəbul edəcək. Komanda sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.

Bense Varkonyi “Qarabağ”a iyulun 3-də Macarıstanın “Zalaegerseq” klubundan keçib. O, Ağdam təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.

Bənzər xəbərlər