featured-image-35562

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib.

Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi III raundda Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

Buna sloveniyalıların UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Türkiyə “Qalatasaray”ına uduzması səbəb olub – 0:3, 0:1.

“Köhlən atlar” pley-offa yüksəlsə, ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, HİK – “Qarabağ” matçı avqustun 17-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Ağdam klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər