"Qarabağ"ın potensial rəqiblərindən 11-i məlumdur
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i dəqiqləşib.
Msport.az xəbər verir ki, Ağdam klubu avqustun 26-da keçiriləcək püşkatma mərasimində ikinci səbətdə yer alacaq.
İndiyədək birinci səbətdəki 8 klubdan 7-i məlum olub. Bunlar “Mançester Yunayted”, “Arsenal”, “Roma”, “Latsio”, “Braqa”,”Dinamo” (Kiyev, Ukrayna), “Srvena Zvezda” komandalarıdır.
Hələlik üçüncü səbətdə “Union” (Berlin) və “Frayburq”, dördüncü səbətdə isə Belçika “Yunion” ilə “Trabzonspor”un olacağı dəqiqdir.
PSV , “Renn” , “Monako” və “Real Sosyedad” II səbətdə yer alacaq və “Qarabağ”la düşməyəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin görüşlərin ardından səbətlərin tərkibi tam müəyyənləşəcək. (Report.az_