featured-image-50614

Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvili “Qarabağ”ı tərk edib.

Msport.az xəbər verir ki, 25 yaşlı qolkiper Yunanıstanın “Panserraikos” komandasına keçib.

Məlumatı klubun rəsmi saytı yayıb.

Quqeşaşvili Superliqa təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən “Qarabağ”da çıxış edirdi.

Bənzər xəbərlər